İlhamənin oğlunun toyuna kimlərin girişi qadağandı

Show Biznes xeberleri - Meşhurlar




Aprelin 19-da xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın toyu olacaq. Bu məlumatı Lent. az-a xalq artistinin mətbuat katibi Faiq Ələkbərli verib. Mərasimdə dövlət və hökumət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış və nüfuzlu şəxslərin iştirakı gözlənilir :” Sənətkar KİV nümayəndələrinin toy mərasimini işıqlandırmasına razı deyil. Ona görə də toya yalnız dəvətli qonaqlar buraxılacaqlar. Lakin mərasimdən sonra toyun ən maraqlı və vacib məqamlarının əks olunduğu görüntülər (foto və video çəkilişlər) KİV əməkdaşlarına təqdim ediləcək. Ümid edirik ki, jurnalistlər bunu anlayışla qarşılayacaqlar .”


Yalçın Süleymanov

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1106
favori
like
share