2013 ili qeyri iş günləri - 2013-cü ilin bayram günləri

Gələn ilin qeyri-iş günləri məlum oldu - 2013 ili qeyri iş günləri haqqda

Nazirlər Kabinetinin 12 dekabr 2012-ci il tarixli qərarı ilə 2013-cü ilin bayram günləri təsdiq edilib. Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. A. Əlinin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, gələn il 20, 21, 22, 23, 24 mart Novruz bayramı, avqustun 8-i və 9-u Ramazan bayramı, oktyabrın 15-16-sı Qurban bayramı elan olunub: “Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab olunmur”.

Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, bu ayın 29-u, 30-u (şənbə-bazar günləri), 31 dekabr (Dünya azərbaycanlılarının həmrəyliyi günü), eyni zamanda yanvarın 1-i və 2-si qeyri-iş günləridir.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 11851
favori
like
share