Dondurma - Klassik qaymaqlı dondurma

Dondurma - Klassik qaymaqlı dondurma - Terifi ve terkibi - Klassik qaymaqlı dondurmanın hazırlanma qaydası



Tərkibi:

4 yumurtanın sarısı
150 q şəkər tozu
200 ml qaymaq
0,5 l süd

Yumurtanın ağını sarısından ayırın (ağı lazımınız olmayacaq). Yumurta sarısını şəkər tozu ilə ağarıncayadək çalın, süd əlavə edib yaxşıca qarışdırın. Qaymağı ayrıca qatı köpük alınanadək çalıb yumurta sarısı ilə olan kütləylə qarışdırın.
Əgər kənd toyuqlarının yumurtasından istifadə etmisinizsə, dondurmaya vanil vurun.
Amma bu, hələ işin hamısı deyil. Hazır kütləni poladdan olan qaba tökün. Dondurucuya qoyun. Hər 40 dəqiqə-1 saatdan bir çıxarıb mikserlə çalın. Bu proseduru azı 3 dəfə təkrar etmək lazımdır. Belə dondurmanın hazırlanmasına təxminən 3-4 saat vaxtınız gedəcək.

Nuş olsun..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2406
favori
like
share