Əli Kərim Qaytar ana borcunu şeirinin təhlili

Əli Kərim Qaytar ana borcunu şeiri haqqda

Şabran şəhər R.Yusifov adına 2 №li texniki-təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şeydayeva Kəmalənin ədəbiyyatdan Ə.Kərimin “Qaytar ana borcunu” mövzusunda keçirdiyi açıq dərsin
İCMALI
Fənn : Ədəbiyyat
Sinif : VII
Dərsin adı : Əli Kərimin “Qaytar ana borcunu” şeiri
Mətnin növü : Bədii
Dərsin metodu : Beyin həmləsi, qruplarla iş, cütlük şəklində iş, fərdi şəkildə iş.
Dərsi tamamlamaq üçün lazım olan vaxt : 45 dəq
Dərsin məqsədi : 1. Ana haqqında ,onun əvəzolunmazlığı ,övladın anaya olan borcu, ananın borcunu heç bir şeylə qaytarmaq olmaz kimi fikirləri şagirdlərə aşılamaq.
2. Mövzu ilə bağlı şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək.
Dərsdən gözlənilən nəticə :
Şagirdlər yeni bilik və bacararıqlar qazanır və həmin bilikləri müstəqil şəkildə şərh edirlər.
Dərs üçün lazım olan material : dərslik , kompyuter ,proyektor, kartoçka.
DƏRS PROSESİNİN ətraflı izahı
Salamlaşma və davamiyyətin yoxlanılması : 3 dəq
Sinfə daxil olub dərsi Azərbaycan Respublikasının Dövlət himni ilə açıram. Davamiyyəti sinif nümayəndəsinin məlumatı əsasında yoxlayıb, Rəşid Behbudovun ifasinda”Ana”mahnısını səsləndirirəm. Mahnının nə haqqında olduğunu soruşuram. Şagirdlərdən Ana sözünü aldıqdan sonra klaster üsulundan istifadə edərək problemli situasiya yaratmaq üçün proyektor vasitəsi ilə həll ediləcək məsələni şagirdlərə təqdim edir və motivasiyanı qururam : 5 dəq
Mövzunun adını – “Ana” sözünü alıb dərsin üzərində iş qururam. Sonra tədqiqat sualını elan edərək şagirdləri qruplar şəklində 4 qrupa bölürəm. Qrup liderləri özlərini təqdim edir.
Şagirdləri qruplara ayırmaq : 2 dəq
Keçən dərsin sorğusu : 5 dəq
Tədqiqat başa çatdıqdan sonra liderlər işlərini təqdim edirlər. Sonra yeni mövzudan öyrəndiklərini VENN diaqramı və BİBÖ cədvəlində yerinə yetirir və təhlil edirlər.
Yeni dərsin izahı : 10dəq
İlk öncə özüm ana , onun həyatımızda yeri , ananın varlıqların ən alisi olması haqqında məlumat verirəm. Əsərdəki övladın dönüklüyü, bunun səbəbi , övladın anaya olan borcu və s. məlumatları şagirdlərin nəzərinə çatdırıram. Daha sonra əsər hissə-hissə şagirdlərin iştirakı ilə ifadəli şəkildə oxunub ,təhlil olunur.
Qruplara verilən tapşırıq : 6 dəq
Hər bir qrupa ayrıca test, işçi vərəqi, BİBÖ cədvəli təqdim edirəm.
Şagirdlərin tamamladığı işi təqdim edəcəkləri vaxt : 12 dəq
Dərsi müsahibə yolu ilə yekunlaşdıraraq ümumi nəticəyə gəlir və ev tapşırığı verirəm.
Dərsin sonunda şagirdləri fərdi və meyar cədvəli əsasında qiymətləndirirəm.
Qiymətləndirmə və ev tapşırığı: 2dəq
Dərs coğrafiya, tarix, təsviri incəsənət, musiqi fənlərinə inteqrasiya olunub.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 5028
favori
like
share