Üz üçün nəmləndirici maska

maska - üz maskaları



Tərkibi: Yumurta sarısı + süd
Hazırlanması: Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə çəkin, üzərini nazik bir parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra kağız salfetlə təmizləyin. Daha sonra ilıq və sonra da soyuq suyla üzünüzü yuyun.
Xeyiri: Quru dəriniz varsa, bu maska sizin üçündür. İçində olan yumurta sarısı dərinizi qidalandıracaq, süd nəmləndirəcək, yumşaqlıq verəcək və möhkəmləndirəcək.
Nə vaxt istifadə etməli: Bu maskanı həftədə bir dəfə tətbiq etmək lazımdır

Qara nöqtələr



Tərkibi: Limon suyu + qatıq
Hazırlanması: Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinizin ətrafı istisna olmaqla üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyun.
Köməyi: Limon suyu dərinizi dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələrin itməsinə kömək edir. Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlayar.
Nə vaxt istifadə etməli: Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.


Qırışlara qarşı maska



Tərkibi: Qaymaq + Alma
Hazırlanması: Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç qaşıq qaymağı mikserlə bir neçə dəqiqə qarışdırmalısınız. Qarışığı dərinizə çəkdikdən sonra təmiz bir parça ilə üzünüzü bağlayın. Təxminən on dəqiqə gözlədikdən sonra maskanı silin və üzünüzü ilıq suyla təmizləyin.
Köməyi: Qaymaq dərini yumşaldar, nəmləndirər və dəriyə elastiklik verər. Qırışlara qarşı da təsirlidir. Alma isə dərinin diri qalması üçün əhəmiyyətlidir.
Nə vaxt istifadə etməli: Həftədə bir dəfə.

Yağlı cildlər üçün



Tərkibi: Bal + süd + limon suyu
Hazırlanması: Bir fincanın içində bir qaşıq balı, bir qaşıq limon suyunu maskanın tündlüyünü pozmayacaq miqdarda südlə qarışdırın. Qarışığı üzünüzə və boynunuza çəkin və azca quruyana qədər gözləyin. Maskanı nəmli parça ilə silərək təmizləyin.
Köməyi: Bal dərini yumşaldar və limon suyunda olan aktiv maddələrin daha yaxşı sorulmasını təmin edər. Bu maddələr də dərinin yağ ifrazatını tarazlayar, sızanaqların qarşısını alar.
Nə vaxt istifadə edilməli: Ehtiyaca görə 10 - 15 gündən bir təkrarlaya bilərsiniz.

Alıntı..

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 8085
favori
like
share