Müğənni Ayan - FOTOLENT



Müğənni Ayan “Yarasa” Studiyası və vizajist-stilist Səbinə İmanova ilə birlikdə Lent.az-ın “Dəyişən Ulduz” layihəsində radikal dəyişikliyə imza atıb.

Sənətçi, fotoqraf İlkin Umudov və vizajist Səbinə İmanova bir həftə içində bir-birindən fərqli obrazların üzərində çalışıblar.

Müğənni bu layihəni yaradıcılığında fərqli dönüş nöqtəsi hesab edir: “Dəyişiklik hər bir halda sənətçi üçün vacib amildir. Düşünürəm ki, bu gün bunu bacara bildik”

Vizajist-stilist Səbinə İmanova obrazları xarakterizə edib: “İlk mərhələdə ağ və qara gəlinlik geyimləri və Ayanın daşıdığı bürcü imic olaraq təqdim etməyi düşündüm. Lakin sonra Ayanın təbiətindəki şıltaqlıq, bir qədər aqressiya, təlatümlü xüsusiyyətlər imkan verdi ki, fotolarda görülən işi gündüz-gecə, yaxşı-pis və digər təzadlı xarakterləri göstərək. O, Qoç bürcündədir və bu təbiət xüsusilə maraqlıdır. Hər bir halda üç obraz bənzərsiz, heç kimin tanımadığı şəkildə tamaşaçıya təqdim edir”.

“Yarasa” studiyasının fotoqrafı İlkin Umudov layihənin zövqlü və ürəkaçan olduğunu qeyd edib: “Peşəkar heyətlə əməkdaşlıq həmişə yaxşı nəticə verir. Foto maraqlı kadrlarla baxımlı olur”.

Fotoları təqdim edirik.

P.S. Şəkillər Lent.az-a məxsusdur.

Layihənin müəllifi: Lalə Yusifqızı

















Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 684
favori
like
share