İncə toyuq kotleti resepti

İncə toyuq kotleti resepti - İncə toyuq kotleti terkibi - İncə toyuq kotletinin hazırlanması



Tərkibi:

500 qram toyuq filesi
100 qram pendir
3 x.q. mayonez
2-3 x.q. nişasta
1 ədəd yumurta
duz, istiot
Hazırlanma qaydası:

Toyuq filesini xırda-xırda doğrayıb boşqaba qoyun. Üzərinə xırdalanmış pendir əlavə edin.
Digər boşqabda yumurtanın üzərinə nişasta, mayonez və duz səpib çəngəllə yaxşıca çalın. Hazırladığınız qarışığı xırdalanmış toyuq tikələrinin üzərinə əlavə edin, qarışdıraraq soyuducuya qoyun.
Tavaya bitki yağı töküb istilədin. Sonra xörək qaşığı ilə toyuq ətini tavaya yerləşdirin.
Toyuq kotletlərinin hər iki tərəfini yaxşıca qızardın.

Nuş olsun...

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1705
favori
like
share