Maraqlı Tibbi terminlər

Sağlıq - Tibbi terminlər



Tibbi terminlər beynəlxalq terminlərdir.
Latın dilindən götürülüb. Bütün dünyada qəbul olunub.
Xəstəliklər və orqanların tibb dilində maraqlı adları var. Bunların bəzilərini yazacam
Misal üçün:Sardonik gülüş-Tetanus xəstəliyi nəticəsində baş verir,
mimiki əzələlərin qıcolmaları nəticəsində,üz nahiyəsində məcburi gülüş yaranır.

Tremor - Çənə əsməsi,əsasən parkinson xəstələrində müşahidə olunur.

Fotofobiya -İ şıqdan qorxmaq

Hipertermiya - Yüksək temperatur

Hepatosplenomeqaliya - Qaraciyər və dalağın böyüməsi

Appendisit - Soxulcanabənzər çıxıntının iltihabı

Spontan abort - kənardan tibbi və qeyri-tibbi
müdaxilə olmadan öz özlüyündən baş verən hamiləlik pozuntusu

Distrofiya - Qidalanmanın pozulması

Sefalgiya - baş ağrısı

Pedis - Ayaq

İşemiya-Azqanlılıq

Enurez - Gecə sidiyini saxlaya bilməmək

Maserasiya - yumşalma,islanma

Hiperemiya - Doluqanlılıq

xeylit - protezlərdən istifadə zamanı selikli qişalarda meydana gələn iltihab

Revmatik xoreya (müqəddəs Vitt rəqsi) - bu zaman dəridə soxulcanabənzər hərəkətlər müşahidə olunur

Pitoz - Göz qapağının sallanması

Regenerasiya - yenidən əmələ gəlmə

Pulmo - ağciyər

Medulla spinalis - Sümük iliyi

Primigravida - Birinci dəfə hamilə qalan qadın

Siyanoz - Oksigen çatmamazlıği nəticəsində dəri mavi rəngə çalır

Angiospazm - Damar sıxılması,spazmı

Tranplantasiya - Orqan köçürülməsi

Hipoventilyasiya - Ağciyərə hava axınının azalması

Anafilaktik şok – allergenin orqanizmə təkrari
daxil olması zamanı əmələ gələn tez tipli allergiya reaksiyasıdır.

Rinit - Burun boşluğu selikli qişasının iltihabı

Abdomen – qarın

Beğeniler: 1
Favoriler: 1
İzlenmeler: 2157
favori
like
share
N.N. Tarih: 04.09.2011 03:59
Sevindim canım...güzel...inşallah öyrenirsin dillerimiz aynı..
BiR-DOST Tarih: 04.09.2011 03:51
Sayende Azerice öğreniyoruz gülüm