Yalançı toyuq budu



Tərkibi.
Xəmir üçün.
250 qram un
qatıq lazım olan qədər
yarım çay qaşığı soda
duz.
Ət üçün.
500 qram toyuq əti
1 ədəd soğan
duz,istit
şirin çubuklar
qızartmaq üçün duru yağ.
Hazırlanması.
İlk öncə un götürük üzərinə soda,duz və qatıq əlavə edib xəmir yoğururuq.
Xəmir hazırdı.

Xəmiri düzbucaqlı şəklində yayırıq.

Sonra uzun formada kəsirik.


Ət və soğan ət maşınından çəkilir duz,istiot vurulur katlet formasına salınır və ortasına çubuq keçirilir.
Sonra kəsilmiş xəmiri götürüb başlayırıq bükməyə.


Dərin bir qazana duru yağ tökülür qızdırılır və zəif odda budlar qızardılır.

Yalançı toyuq budumuz hazırdı.

Nuş olsun!!!

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 640
favori
like
share