Bəzi xidmətlərə görə yeni dövlət rüsumları müəyyən olunub



Qiymətlər 100-15 manat arasında dəyişir

Azərbaycan Milli Məclisi «Dövlət rüsumu haqqında» qanuna əlavə və dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, parlamentin təsdiq etdiyi əlavələrdə bir sıra xidmətlər üçün müəyyən olunmuş dövlət rüsumlarının məbləği göstərilib. Belə ki, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə 100 manat, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə 50 manat, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün 100 manat, Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsinə 20 manat, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 20 manat, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri - dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün 100 manat, gigiyenik sertifikatın verilməsi üçün 15 manat təsdiqlənib.

Qaynaq: LENT.AZ

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1903
favori
like
share