Arzular tortu

Tortun resepti

Ərzaqlar:

Biskvit üçün:
1 stəkan un
4-5 ədəd yumurta
1 stəkan şəkər (200qram)

Krem üçün:
200 qram kərə yağı
7 x.q. qatılaşdırılmış süd
1-1,5 .q. sirop
malina siropu

Hazırlanma qaydası:
Biskviti hazırlayıb bişirəndən sonra, soyumaq üçün 8-12 saat müddətində kənara qoymaq lazımdır. Sonra həmin bu biskviti iki hissəyə bölün ki, arasına sirop çəkmək üçün iki korj alınsın.
Kremi hazırlamaq üçün: kərə yağın üzərinə qatılaşdırılmış südü və malina siropunu əlavə edib (çəhrayı rəng alınsın deyə) mikserlə çalın.
Hazırladığınız kremi kopjların üzərinə çəkib, onları üst-üstə yerləşdirin.
Tortun üstünə kremi səliqəli sürtün. Çalışın ki, tortun üstü hamar olsun.
Hazırlanmış tortu soyuducuya yerləşdirirsiz ki, xəmir kremi canına çəksin. Süfrəyə verərkən tortun üstünü kremdən hazırlanmış güllərlə bəzəyin. Nuş olsun!

Etiketler:

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 4124
favori
like
share