Manaf Ağayevin Qızına ən Bahalı Toy Hədiyyəsi - Foto

Xəbər verildiyi ki, srağagün Bakıdakı restoranlardan birində müğənni Manaf Ağayevin qızı Səmayənin toy mərasimi keçirilib.

Toyda 1000-dən çox qonaq iştirak edib. Müğənninin xanımı Fərqanə Manafovanın Lent.az-a verdiyi məlumata görə, toyun ən bahalı hədiyyəsi müğənni Röyadan gəlib.


Belə ki, 23 yaşlı Səmayənin ən sevdiyi müğənni Röya imiş. Röyanın toyda iştirakı müğənninin qızı üçün dəyərli hədiyyə olub.


Qeyd edək ki, 23 yaşlı Səmayə həyat yoldaşı Orxanla sevərək ailə qurub. Gəlinlə bəyin ailələri dostdur. Orxanın valideynləri Rusiyada yaşasa da, yeni ailə quran gənclər Bakıda qalacaqlar.

Nəzrin

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 13260
favori
like
share