Banan şirniyyatı

Peçenye sevənlər üçün

Ərzaqlar
Xəmir üçün:
200 qram kərə yağı və ya marqarin
200 qram xama
0,5 ç. q. çay sodası
1 ç.q. sirkə
2,5 stəkan əla sort un
İçlik uçun:
200 qram kəsmik
100 qram yağ
1 stəkan şəkər tozu
1 stəkan əla sort un
Vanil
Hazırlanma qaydası:
Əvvəl yağ yumşaldılır və unla ovulur. Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırın. Sonra yağlı una xamanı qatıb xəmir yoğurun. Xəmirdən 30-32 dənə kiçik kündə hazırlayın.
İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər əlavə edib, yaxşıca qarışdırın. Sonra yağ əlavə edib, mikserlə çalın və üzərinə un qatıb yumşaq xəmir alınana qədər qarışdırın. Kündələri banan formasında yayın, üzərinə uzunsov formada iç qoyub, qıraqlarını qatlayıb, səliqəli bükün. Şirin içi xəmirin içinə qoyduqda çalışın ki, bağlanma “tikiş”i aşağı olsun. Əlinizlə xəmirə banan forması verin. Bundan sonra sobada 180 dərəcədə 15-18 dəqiqə bişirin. Soyuduqdan sonra üstünə şəkər tozu səpin. Nuş olsun!

Etiketler:

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 7018
favori
like
share