Ana ve Uşaq Saglamlıgı

Körpəniz gündüzlər yatdığı üçün gecələr oyaq qalır?

Elə isə, aşağıdakılara əməl etməklə həm özünüzü, həm də körpənizi bu qayğıdan xilas edə bilərsiniz.
1. Əvvəlcə körpənizi sabahdan başlayaraq, səhər erkəndən olmaq şərti ilə hər gün eyni saatda oyandırmağa çalışın.
2. Yatağını pəncərənin yaxınına qoyun və pərdəni aralı saxlayın ki, günün işığı onun oyanmasına yardımçı olsun.
3. Günorta yatırdığınız zaman hava qaralmazdan əvvəl oyadın. Belə etsəniz, o, gündüzlər oyanmanın, axşamlar isə yatmağın vacib olduğunu anlayacaq.
4. Körpənizi axşamlar da eyni saatda yatırın.
Göstərilən rejim bir az vaxtınızı alsa da, məqsədinizə nail olandan sonra körpəniz də, siz də rahatlıq tapacaqsınız.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2029
favori
like
share