Əsil Dost

Səhrada səfər edən iki dost haqqında hekayə


Gerçək Dostluq Haqqında Səfərin bir mərhələsində iki yoldaş mübahisə edərlər biri o birinə bir yumruq atar. Yumruğu yeyənin canı çox yanar amma tək söz etməz və qum üzərinə bu sözləri yazar:

"BU GÜN ƏN YAXŞI DOSTUM MƏNƏ BIR YUMRUQ ATDI."

Yuyuna biləcəkləri bir vahəyə rast gələnə qədər getməyi davam etdirərlər. Yumruğu yeyən yuyunarkən bir bataqlığa batar, boğulmaq üzrəykən yoldaşı tərəfindən qurtarılar. Boğulmaq üzrə olan yoldaş tam xilas olduqdan sonra bir qaya parçası üzərinə bu sözləri cızar:

"BU GÜN ƏN YAXŞI DOSTUM MƏNİM HƏYATIMI QURTARDI."

Yumruğu vuran və sonra yoldaşının həyatını qurtaran adam ona belə deyər; sənin canını yandırdığımda bunu qum üzərinə yazdın amma indi qayaya cızırsan. NİYƏ?
O biri yoldaş ona belə cavab verər: "Biri bizi incitdiyində bunu qum üzərinə yazmalıyıq ki bağışlama küləyi əsdiyində onu silə bilsin. Amma biri bizə YAXŞI bir şey etsə onu qayaya cızmalıyıq ki onu heç bir külək yox etməsin."

"İNCİNMƏLƏRİNİZİ QUMA, ELƏDİYİNİZ YAXŞILIQLARI QAYALARA CIZMAĞI ÖYRƏNİN

Deyirlər ki xüsusi birini tapmaq bir dəqiqənizi alar, onu qiymətləndirməniz bir saat içində olar, onu sevmək üçün bir gün yetər amma sonra onu unuda bilmək üçün bir ömürün keçməsi lazımdır.

Etiketler:

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1217
favori
like
share